Azərbaycanin Təmənnasiz Dostu Doktor Yusif Gədiklinin Araşdirmalarinda “Heydərbabaya Salam” Poemasi
 
 
Xalide Xalid
Yazar Hakkında...
Yazara Ait Diğer Köşe Yazıları

AZƏRBAYCANIN TƏMƏNNASIZ DOSTU DOKTOR YUSİF GƏDİKLİNİN ARAŞDIRMALARINDA “HEYDƏRBABAYA SALAM” POEMASI

(Alimin “Şəhriyar və bütün türkcə şeirləri” kitabı əsasında)

 

Azərbaycan ədəbiyyatının qardaş Türkiyədə daha yaxından tanınması və Azərbaycan mədəni irsinin öyrənilməsi sahəsində önəmli fəaliyyət göstərən tanınmış ədəbiyyatşünas, publisist, doktor Yusif Gədikli Türkiyənin Akçaabad qəzasının Kuruçam kəndində anadan olmuşdur.

İbtidai təhsilini yaşadığı kənddə, orta təhsilinin Akçaabadda alan Yusif Gədikli daha sonra Vanda sağlamlıq kollecini bitirmişdir.

Bir müddət Zonquldak, Trabzon, Ankara və İstanbulda tibb işçisi, müəllimlik və idarəçilik işləri ilə məşğul olmuşdur.

1980-cü ildə Atatürk Universiteti ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünü bitirir və bu zaman onun müvəffəqiyyətlə müdafiə etdiyi “Hüseyn Cavidin “Uçurum” və “İblis” dramları” adlı diplom işi yüksək qiymətləndirilir.Elə o vaxtdan Azərbaycana, bu ölkənin ədəbiyyatı, tarixi və mədəniyyətinə sonsuz sevgilər bəsləyən Yusif bəy İstanbul Universitetının nəzdindəki Basın-Yayın Yüksək Okulunda təhsil alarkən də elmi işini Azərbaycanla bağlı götürür və “Azərbaycan mətbuatında əlifba mübahisələri” mövzusunda buraxılış işini uğurla müdafiə edir.

1978-cü ildən etibarən müasir Azərbaycan ədəbiyyatı mövzusunda elmi araşdırmalar aparır. Bu istiqamətdə işıq üzü görən ilk əsəri 1983-cü ildə nəşr edilmiş “Çağdaş Azəri  şeiri antolojisi”dir.Qardaşı tanınmış hüquqşünas və ədəbiyyatşünas Fethi Gedikli ilə birgə hazırladığı bu kitab Türkiyədə Azərbaycan ədəbiyyatı haqqında yayılmış ən böyuk həcmli kitablardan biridir. Elə buna görə də bu əsər Türkiyədə çox boyuk rəğbətlə qarşılanmış və Türkiyə Milli Kültür Vəqfinin mükafatına layiq görülmüşdür.

Yusif bəy 1987-cü ildə Azərbaycan ədəbiyyatından daha bir nümunəni türk oxucularına təqdim etdi. “Dost elindən gələn turna:Çağdaş Azərbaycan hekayələri antolojisi” adlı bu kitab da milli ədəbiyyatımızdan nümunələrin Türkiyədə yayılmasında mühüm rol oynadı.

Y.Gədikli ədəbi əsərləri qardaş ölkədə tanımaqla bərabər Türkiyədə Ermənistan-Azərbaycan münaqişəsi haqqındakı məlumat məhdudiyyətini aradan qaldırmaq məqsədilə Əhməd bəy Cavanşirin “Qarabağ xanlığının tarixi” adlı əsərini 1990-cı ildə “Türk Dünyası Araşdırmaları” dərgisinin 69-cu sayında, 1993-c ildə isə bu əsəri kitab halında nəşr etdirir.

Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın yaşam tərzi, ədəbi həyatı da Yusif bəyi həmişə ilgiləndirmiş və rahatsız etmişdir.Ötən əsrin səksəninci illərindən etibarən Şərq dünyasında görkəmli şair kimi tanınan ustad Məhəmmədhüseyn Şəhriyarın(1906-1988) yaradıcılığı ilı dərindən məşğul olmağa başlamış, sanki bununla içindəki həsrəti və rahatsızlığı bununla sakitləşdirməyə çalışır.

Bu yönümdə axtarışlara başlayan Yusif bəy 1988-cü ilin mart ayında Güney Azərbaycana səyahət edir və ustad şair Şəhriyarla görüşür.

Bu görüşdən iki il sonra 1990-ci ildə apardığı araşdırmaların nəticəsi olaraq Şəhriyarın bütün türkcə şeirlərini əhatə edən “Şəhriyar və bütün türkcə şeirləri” adı altında kitab nəşr etdirir. Türk oxucusunun bu kitaba marağını nəzərə alaraq  bu kitab 1997-cü ildə uçüncü dəfə nəşr olunur.

Azərbaycan ədəbiyyatının yorulmaz araşdırıcısı Yusif Gədikli 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizamı adına Ədəbiyyat İnstitutunda “Şəhriyarın həyatı və sənəti” (“Türkcə divanı” əsasında) adlı doktorluq dissertasiyası mövzusu götürür və 1995-cü ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alır.

Doktor Yusig Gədiklinin gərgin araşdırmalarının məhsulu olan “Şəhriyar və bütün türkcə şeirləri” (Ötüken nəşriyyatı. İstanbul 1997. Ücüncü nəşr) kitabı ilə 2006-ci ilin ortalarında tanış oldum.

Beş hissə və qaynaqçadan ibarət olan bu kitabın Azərbaycan oxucusu və Şəhriyar irsinin tədqiqatçıları üçün dəyərli bir əsər olduğunu nəzərə alaraq kitabı Azərbaycan türkcəsinə uyğunlaşdırmağı qərarlaşdırdım. Bununla Yusif bəyi Güney və Quzey Azərbaycana başlayan məhəbbət tellərini çözməyə başladım. Bu məsələ ilə bağlı maraqlı bir çap materialı tapdım. Bu dr. Yusif Gədiklinin “Tanıtım” dərgisinin 1988-cü il 107-ci sayında dərc olunan “Şəhriyarın şəhərindən adlı yazısı idi. Həmin məqaləni oxuduqca artıq mənə hər şey bəlli olurdu.

Yusif bəy  məqalədə məktəb illərini xatırlayaraq yazır:

“...Övliya Çələbinin  nəvələrindən biri kimi məni gəzmə və görmə istəyi rahat buraxmırdı. Fəqət nədənsə heç Avropanı gəzməyi düşünmədim, arzulamadım. Qəlbimdə daha çox yalnız türklərin yaşadığı bölgələrə səyahət etmə arzusu məskən salmışdı. Nədən, nə üçün bilmirdim.Bəlkə də bu məkanlar daha qapalı, daha əsrarəngiz idi ona görə. Hətta bu bölgələrə gedib bir türk qızı ilə evlənmək də keçirdi xəyalımdan. Bu tək mənim xəyalım deyildi. Bir çox  türk gəncinin xəyalı idi. Sonralar ayağımız suya girincə xəyallarımızdan təbii ki, vaz keçmişdik. Lakin, bu dəfə onun yerini araşdırma-açıqlama istəyi almışdı.”

Bu  sətirləri oxuyan hər kəsə artıq aydın olur ki, Yusif bəy nəyə görə bu qədər ikiyə bölünmüş qardaş məmləkətin vurğunu olmuş, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, tarıxının hər iki qolunun araşdırılması və onların Türkiyədə daha yaxından tanınıb sevilməsi üçün əlindən gələni etməyə çalışmışdır.

Həmin əsəri 2007-ci ildə Türkiyə Cümhiriyyətinin Azərbaycandakı Böyuk Elçiliyinin Mədəniyyət və Tanıtım müşaviri dos.dr Fethi Gediklinin dəstəyi ilə Azərbaycan oxucularına təqdim etdim.

Yusif Gədiklinin “Şəhriyar və bütün türkcə şeirləri” kitabının əsas hissəsi “Heydərbabaya salam” mənzuməsinin təhlilinə həsr edilib. Bu hissə səkkiz bölümdən ibarətdir:

“Heydərbabaya salam”, “Heydərbabaya salam”ın yazılma səbəbləri”, “Heydərbabaya salam” niyə bu qədər sevilib bəyənildi?, “Heydərbabaya salam”ın əks-sədaları, “ “Heydərbaba” və Şəhriyar haqqında söylənilənlər”, “Heydərbabaya salam” da yad etmə, yad edilmə və uşaqlıq, “Heydərbabaya salam”da kənd həyatı, “Heydərbaba”da xarıcı aləm: təbiət və kainat”.

Dr.Yusif Gedikli  əsərin təhlilində ideyanı, süjtetı, şairin dil və üslub xüsusiyyətlərini çox gözəl açıqlamışdır.

Mənzumənin  bu qədər sevgi və məhəbbət qazanmasının səbəbini açıqlayaraq yazır:

“Dünyada minlərlə şair və minlərlə şairin yüz minlərlə,milyonlarla şeiri vardır. Hər şairin insanların yaddaşlarına həkk olunana, unudulmayan şeirləri vardır.Şairlər və unudulmayan şeirləri vaxt keçdikcə bir-birilə eyniləşirlər. Belə ki. Onlardan biri digərinin yada salır.Necə ki, Faruk Nafiz “Xan divarları”, “Nəcib Fazil “Qaldıımlar” (Səkilər), Məhmət Akif “Çanaqqala şəhidləri” ilə doğmalaır. Budur, Şəhriyarla Heydərbaba da bir-biriylə doğmalaşmış məfhumlardır.

Lakin “Heydərbabanın” digərlərindən fərqi onun qısa vaxtda sərhələri aşaraq çox geniş bir ərazidə yayılması, yaddaşlarda canlı və silinməz bir yer tutmasıdır”. Bu gün türkcə danışılan geniş bir ərazidə Heydərbabanı bilməyən və ondan bir beşlik xatırlamayan yoxdur.”

Mənzumə insanların zehnində niyə bu qədər silinməz iz saldı,  niyə hər sözdə-söhbətdə xatırlandı,  niyə dillərdə əzbər oldu? Bu suallara alim  belə aydınlıq gətirərək əsərin yaranma səbəbini yeddi hissəyə bölür:

“1.İranda 1925-ci ildə hakimiyyəti ələ kiçirən fars əsilli Pəhləvi xanədanə, 1000 ildən bəri trklər təəfibnən idarə dilən İranı nəhayət ki, 1000 il sonra ələ tmənin kinliylə, keçmişin qisasını almaq üçün türkcəni qadağan etmişdi.Məktəblərdə, mətbuatda, hətta küçələrdə qadağan olunan türkcə yalnız vdə danışılan bir dil olmuşdu.1945-1946-cı illərdə Azərbaycanda yaradılan Cəfər Pişəvərinin Azərbaycan Demokratik Firqəsi hökuməti zamanında, xüsusilə şimaldan gələn yazıçı, air və müəllimlər türkcə oxuyub yazmaqda bir tərpənişə yol açsalar da hərəkatın squtundan sonra türk dilinin qadağası kçmidən daha gücl şəkildə tətbiq olundu.

...Qısası, Şəhriyarın “Heydərbaba”sının sevilib bəyənilməsində hər təbəqədən xalqın türkcəyə olan yanğısının, hərarət və həsrətinin, ana dilinə olan məhəbbətinin rolu az deyil. Trk əsilli xalq, ana dilində şeir demək ehtiyacını bu poemadan can qorxusuyla sarılaraq azaldırdı, dilini yaşatmağa, qorumağa çalışdı.

“ 2.İnkişaf etməkdə olan ölkələrə olduğu kimi İranda, xüsusilə Azərbaycanda kəndli xalq, sənayeləşmənin təsiriylə böyk şəhərlərə, sənaye mərkəzlərinə axışmış, ənənəvi mədəniyyətlərindən və dillərindən qopmaq nöqtəsinə çatmıdı.Pəhləvi xanədanı Azərbaycanı boşaltmaq, xalqın sıxlığını azaltmaq, onları türklklərindən qoparıb farslaşdırmaq qçqn fabrik və ağır sənaye müəssisələini fars bölgələrində qurmuş, türklərin Tehran və İsfahan şəhərlərinə yığılıb ərimələini təşkil etmiş və bunda əhəmiyyəlli dərəcədə uğur əldə etmişdi.Şəhriyarın şeirlərinin mənilməsinə kənlərin, ana dillərindən qopan, sənayeləşmənin darmadağın etdiyi keçid mərhələsindəki kənd təsərrüfatı cəmiyyəinin həsrətlərinə cavab verməsi də mühüm rol oynayıb. Sənaye cəmiyyətinə kçid mərhələsindəki kütlələr, doğulub böyüdülər, uşaqlıq, hətta gənclik çağlarını keçirdikləri kəndlərini, kənd həyatını və onun azadlığını dərin bir həsrətlə(nostaljiyə) xatırlamış, xatırladıqca bu şeiri sevmişlər.

3.Poemanın rəğbət qazanma səbəblərindən biri də insanların qayğısız, dərdsiz, sıxıntısız, məuluyyətsiz. Şirin xatirələrlə zəngin uşaqlıq həyatını ifadə etmək qabiliyyətidir.Haməməz hərən bir uşaqləq çağımızı xatırlar, xəyal qurar, o qayğısız günlərə hətta bir az həsrət duyar, beləcə məişət həyatımızın hər cür məşəqqətindən qaçıb uzaqlaşmaq istəyirik.Budur, Şəhriyar hər insanın həyatında olan bu uşaqlıq hərətini bütün məsumluğuyla tərənnüm tməyi bacarmış, başqa şəkildə desək, Heydərbabada hamı özünə aid bir şeylər tapmışdı...

4. “Heydərbaba”nın sevilməsinin əsas səbəblərindən biri də şirin ədəbi-bədii dəyəriir. Həqiqəən istər vəzn, iatər ahəng, istər duyğu, istər sənədli və lirik deyimlər, istər bənzətmələr, istər təbiəti təsvir üçün çəkilən mənzərələr, istərsə ə kçmişdə səslənən və canlanan xatirılır baxımından şeir, ədəbi-bədii, yəni sənət tərəfindən fövqəladə və mükəmməldir.

5. Şeirin sadəliyi şəkil və vəzn baxımından adət-ənənəyə bağlılığı, dil və məntiq baımından sadəliyi, onun oumaq və yazmaq bilməyənlər tərəfindən də çaşa düşlməsinə imkan vrməyi ilə yanaşı xatirələrdə qalışını da asanlaşdırmışdı.

6.”Heydərbabaya salam”ın bəyənilmısinin səbəbləindən biri də konkrtliyi, kosmoun, təbiəin və kənd həyatının olduğu kimi əks olunmasıdır.Poemada dağlar, şimşəklər, ildırımlar, yağı, bulud, ağac, qoyun, quzu, qurd, quş,çiçəklər, dağ-daş, göllər, yollar,xırman döymə, qış gecəsi nağıl danışmaq, təndirdə şörək biirmək, inəklərdən süd sağmaq, məktəb, məscid və s. kimi ünsürlərdən  böyük bir ustalıqla danışılıb.

7.Digər bir səbəb də Şəhriyarın farsca yazdığı şeirlərlə də məşhur bir şair kimi tanınmasıdır.”

“Heydərbabaya salam” poemasının dərc olunduğu gündən hər tərəfə səs-səda saldı. Cənubi və Şimali Azərbaycandan olan şairlər və ədəbiyyatçılarla yanaşı Türkiyə ədəbi mühitinin nümayəndələri də  ürəklərindəki sevgini qələmlərindən süzülüb ərsəyə gələn şeir və məqalələri ustada ərməğan etdilər.

Şəhriyara şeir və nəzirələr yazan şairlərdən Verdi Qanqılıc, Aydil Erol, Əli Qorqud Akbaş, Tuncər Gülənsoy, Nihat Yücəl, Əmin Gözəlsoy və başqalarının adlarını vurğulayan dr.Y.Gədikli “Heydərbaba və Şəhriyar haqqında söylənilənlər” bölümündə isə ədəbiyyatşünas Türkiyədə “Heydərbabaya salam” poeması üzərində ilk araşdırma aparan Əhməd Atəş, Əhməd Cəfəroğlu, Məhərrəm Erkin, Əhməd Bican Ercilasunun, İran ədəbiyyatşünaslarından Mehdi Rövşənzəmir, Məniçöhr Murtəzavi, Nüsrətullah Fethi Atəşbək, Qulamhüseyn Beqdelinin, eləcə də Şımali Azərbaycan alim və yazıçılarından Mirzə İbrahimov, Həmid Məmmədzadə, Yaşar Qarayev, Hökumə Billuri və başqalarının “Heydərbabaya salam” poeması haqqında yazdıqları əsərlərdən, məqalələrdən misallar gətirir:

Türkiyədə “Heydərbabaya salam” mənzuməsi üzərində ilk araşdırma aparan  Əhməd Atəşin kitabının əvvəlində yer verdiyi  fikirlər:

“Bu şeir oxunurkən ilk əvvəl şairin şeir nəfəsinin uzunluğuna və ilhamının bolluğuna heyrət edilir. Bir-birindən gözəl qitələri bu qədər uzatmaq, xüsusən son dövrlər İran ədəbiyyatı şəraitində çox müşküldür.

Şəhriyarın bu şeiri əslində fövqaladə bir hadisədir”.

M.Ə.Rəsulzədənin  “Ədəbi bir hadisə” başlıqlı məqaləsindən sitat gətirərək yazır:

“Şeir, sənətdən anlayan zövq sahibi bir əəbiyyatının nəfis və orijinal bir sənət əsəri olan bu mənzuməni “ədəbi hadisə”deyə təqdirdə bizimlə bərabər olacağına inanırıq.

Şəhriyarın “Heydərbaba”sını doğrudan da bir hadisə saya biləik. Çünki əsər qeyd etdiyimiz səsrlərdən fərqli olaraq xüsusi bir həsrəin təsiriylə yazılmışdır. Bu əsər dini, siyasi, hər hansı bir amilin təsirindən azad təbii və insanı bir həsrəin sənət vurğunu bir eşqin refleksiyə meydana gəlmiş bir əsərdir”

Əhməd Bican Ercilasunun Şəhriyarsevərlərin dilində əzbər olduğu kəlmələri:

“Türk ədəbiyyatı ucsuz-bucaqız bir xəzinədir.(...) Budur, bu ucsuz-bucaqsız xəzinə içində 1954-cü ildən bu günə qədər elə bir cəvahir vardır ki, onu yüzlərcə sandıq işində saxlasanız da, parıltıını yox edə bilməzsiniz. Onun işıltısını İstanbuldan, Bakıdan gözlərimiz qamaşaraq seyr etdik. Tehranda, Təbrizdə, Səlcuqlu əcdadlarımızın uşaqlarının yurdunda bir külçə qızıldı Məhəmməd Hüseyn Şəhriyar”.

Kitabda Türk ədəbiyyatçıları ilə yanaşı Azərbaycan, İrak və İranın  tanınmış alim və şairlərinin “Heydərbaba” haqqında fikilərinə də  geniş yer verilmişdir.

 

XALİDƏ XALİD/Azerbaycan

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi  işçisi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


 Yayın Tarihi 29.12.2008 / 71 Defa Okunmuştur

  
Yorum Yaz Arkadaşına Gönder Yazdır